Bu gün Xalq artisti Brilliant Dadaşovanın 59 yaşı tamam olub.
OLAY yazır kk, bu münasibətlə sənətçi ailəsi, yaxınları və dostlarını paytaxt restoranların birində başına toplayaraq doğum günü məclisi keçirib.
Dadaşova ad günü tortunu kəsərkən maraqlı anlar yaşanıb. Beləki, anasının tort dilimini ona sarı uzandığını görən Cahad dərhal həmin yerdən qaçıb. Onun bu hərəkəti isə qonaqların gülüşünə səbəb olub.
Daha sonra Brilliant oğlu ilə rəqs edib. Bu anda Dadaşova ikinci dəfə oğluna tort yedizdirməyə cəhd göstərib. Cahad üzünü qaçırsa da lakin müğənni əlindəki tort dilimini onun üzünə sürtüb. Sonda Brilliant övladına tort dilimini yedizdirməyə nail olub.
Həmin anları isə Cahad sosial şəbəkə hesabında yayımlayıb.