Xalq artisti Brilliant Dadaşova və həyat yoldaşı, Səməd Vurğun adına Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev oğulları Cahada kiçik doğum günü məclisi qurublar.
OLAY yazır ki, ailə üzvlərinin əhatəsində 35 yaşını qeyd edən Cahada valideyinləri xoş sürpriz ediblər.
Beləki, onlar şir bürcü altında dünyaya gələn oğullarına yanları şamlar üzəri isə şokoladdan hazırlanan şir elementli böyük tort hədiyyə ediblər.
Dadaşova oğluna tort yedizdirmək istəsə də Cahad bundan imtina edib. Bunu görən Brilliant əli ilə kəsdiyi tortu onun üzünə yaxıb və bu şəkildə onu təbrik edib.
Xalq artistinin bu hərəkəti isə ad günü olan övladını və ailə üzvlərinin üzünü güldürüb. Daha sonra Cahad doğum günü ənənəsinə sadiq qalaraq arzu tutub və şamları üfürüb.
Həmin anları isə sənətçinin oğlu sosial şəbəkə hesabında paylaşaraq “Artıq 35 yaş... Ömürümün 50 faizi qalıb” şərhini yazıb.
Rəşad Əliyev