Türkiyəli aktyor Uraz Kayqılaroğlunun “Aşiq Şekspir” tamaşasında həmcinsi ilə öpüşmə səhnəsi cəmiyyət və sosial şəbəkə əhli tərəfindən birmənalı qarşılanmayıb.
OLAY yazır ki, sənətçi sözügedən qalmaqallı səhnə ilə bağlı tənqidi fikirlərə reaksiya bildirib.
Uraz jurnalistlərə açıqlamasında “Aktyorluq edirik. Qadınların səhnəyə çıxmasının qadağa olunduğu bir dövrü canlandırırdıq. Başqa bir işdə də qatili canlandırırsan, birini öldürürsən. Xoşuna getməyəcək şeyləri də oynaya bilirsən. Hamının öz seçimidir” sözlərini dilə gətirib.