Qiraətçi Xəzər Süleymanlı yenidən Univeristetə qəbul olunub.
OLAY yazır ki, bu barədə o, özü məlumat yayıb.
“17 il sonra yenidən tələbə olmağın sevincini yaşayıram. Bu, ikinci ali təhsilimdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Rejissorluq fakültəsi.
Arzularımı, planlarımı gerçəkləşdirdikcə xoşbəxt oluram. Şükürlər olsun”, - deyə, Xəzər bildirib.