Rəqqasə Fatimə Fətəliyeva şəhərin mərkəzində özünə yeni ev alıb.
OLAY yazır ki, bu haqda sənətçi qonaq olduğu “Rəngarəng” verilişində danışıb.
Fatimə bildirib ki, bir müddət əvvəl 418 min manata təmirsiz mənzil alıb:
“Evimi satışa çıxaranda başladılar deməyə ki, Fatimə müflis olub. Məni tanıyanlar bilir ki, Allah heç zaman məni darda qoymur. Birdən elə bir situasiya yaranır ki… Xeyr, mən evimi satmamışam. Əksinə bir dənə də ev almışam. Ölçüsü 100 kvadrat metrlik Bu mənzili 418 min manata almışam. Ev təmirsizdir”.