Xalq artisti Mələykə Əsədova qızı Gülərlə bağlı paylaşım edib.
OLAY yazır ki, sənətçi qızı ilə fotosunu instaqram səhifəsində paylaşaraq onu doğum günü münasibəti ilə təbrik edib.
“Allahım sənə nə qədər şükür etsəm yenə də azdır. Mənə ana olmaq hissini yaşatdın. Allah sənə sağlam can sağlığı versin. Şans yolun açıq olsun. Ən yaxın dostun “ağıl” olsun. Həyat çox gözəldir. Bu gözəl həyatda mərdimazarlardan uzaq olasan. Amin!”, - deyə Mələykə yazıb.