Rusiyada “xarici agent” statusu aldıqdan sonra ölkəsindən didərgin düşən repçi Əlişir Morqenşternə xarici agent vəzifəsini yerinə yetirmədiyinə görə cinayət işi açılıb.
OLAY yazır ki, bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.
“Alişer Morqenşternə qarşı Cinayət Məcəlləsinin 330.1-ci maddəsinin ikinci hissəsi (Xarici agentlər haqqında Rusiya qanunvericiliyində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməkdən yayınma) ilə cinayət işi açılıb”, - deyə məlumatda bildirilib.
Bildirilib ki, Morqenştern uzun müddətdir ki, “Telegram” və “YouTube” kanallarında “xarici agent” nişanı olmadan materiallar dərc edib.
Bu səbəbdən musiqiçi yenidən məsuliyyətə cəlb ediləcək.
Qeyd edək ki, hələ iyunun 24-də Morqenşternin xarici agentin fəaliyyəti ilə bağlı proseduru pozduğuna görə il ərzində iki dəfə inzibati məsuliyyətə cəlb edilib. Eyni zamanda o, sosial şəbəkələrdə “xarici agent” funksiyalarını yerinə yetirən fiziki şəxs tərəfindən yaradıldığını göstərmədən material və mesajlar yaymaqda davam edib.
Rusiya Ədliyyə Nazirliyi 6 may 2022-ci ildə məşhuru bu reyestrə əlavə edib. Morqenştern “Rusiyada siyasətin aparılması ilə bağlı cəmiyyətdə mənfi rəy formalaşdırmaq” məqsədi daşıyan siyasi materiallar yerləşdirib.