WOW
WOW

Cennifer boşanma ərəfəsində Benlə görüşdü

Cennifer boşanma ərəfəsində Benlə görüşdü

Boşanmaları ilə gündəmdən düşməyən dünyaca məşhur cütlük Cennifer Lopez və Ben Afflek uzun müddət sonra bir araya gəlib.

OLAY yazır ki, müğənni ərinin Los-Ancelesdəki ofisinə anası Qvadalupe Rodrigeslə gəlib.

30 dəqiqədən sonra Ben binanı tərk edib. Jurnalistlər keçmiş sevgililərin son dərəcə gərgin göründüyünü bildiriblər.

Boşanma prosesinin fonunda CeyLo və Ben təşkilati və məhkəmə məsələlərini həll etməlidirlər.

Qeyd edək ki, Ben Afflek və Cennifer Lopez 2002-ci ildə nişanlanıblar, lakin nişanı ləğv ediblər. Cütlük 2022-ci ildə evlənərək toydan bir il əvvəl münasibətlərini yenidən alovlandırıb. Cütlüyün boşanması ilə bağlı şayiələr bir neçə ay əvvəl ortaya çıxıb. Münasibətlərindəki problemlərin səbəbi, dedi-qodular, digər məlumata görə isə Cenniferin Afflekin yenidən içki içməyə başlaması xoşuna gəlməyib. Onlar evliliklərini xilas etməyə çalışdılar və Afflekin keçmiş arvadı Cennifer Qarner hətta bu işdə onlara kömək etməyə çalışıb, lakin sonda, bundan bezib. Bütün bu vəziyyətin fonunda Lopez nəzərəçarpacaq dərəcədə arıqlayıb.