WOW
WOW

Mövsümün ilk röyası...

Mövsümün ilk röyası...

Xalq artisti Röya Ayxan ötən gün EGP arenada konsert verib.

OLAY yazır ki, estrada ulduzu sevənləri ilə mövsümün ilk görüşünü həyata keçirib. Pop kraliça səhnə üçün özəl hazırlanan bəyaz libasını geyinib. 

Xalq artisti gecədə keçmişdən bu günə qədər təqdim etdiyi bir çox hitini səsləndirib. Bununla yanaşı, ulduz bu gün yayımladığı “Yakışıklım”ı da ilk dəfə konsertdə oxuyub.

Mövsümə yenilənmiş formada tamaşaçı qarşısına çıxan R. Ayxanı rəqqaslar və musiqiçilər müşayiət edib.

Sevənlərini coşduran Xalq artisti konsertdən sonra pərəstişkarları ilə bir araya gəlib.