WOW
WOW

Onlar da “Azərbaycan Atabəyləri”ndədir!

Onlar da “Azərbaycan Atabəyləri”ndədir!

“Azərbaycan Atabəyləri” tarixi sənədli filmdə yer alan daha bir neçə simanın adı bəlli olub.

OLAY yazır ki, aktyorlar Türkay Cəfərli, Rəşad Kəsəmənli, Mitxun Babayev və Fəxri mədəniyyət işçisi Kərəm Hadızadənin layihədə rol aldığı açıqlanıb. 

Bundan əlavə, aktyor Orxan Sadıqzadənin Kral Georgini, aktrisa Mila Bekovanın Kralın xanımını, Səmimi Fərhadın Vəzir Əl-Xəznini, Elçin Muradovun Boz Apanı, Hidayət Əliyevin isə Səlcuqlu Sultanı Məsudu canlandıracağı bildirilib.