Çirkli pulların yuyulması iddiaları ilə saxlanılan Türkiyənin məşhur sosial şəbəkə fenomenləri Dilan və Engin Polat cütlüyü və Bahar və Nihal Candan bacıların məhkəməsi olacaq.
OLAY yazır ki, Polat cütlüyü 4-5-6 sentyabr tarixlərində İstanbul Anadolu 2-ci Asliye Cəza Məhkəməsində, Candan bacılar isə 4 sentyabrda Küçükçekmece 5-ci Ağır Cəza Məhkəməsində ilk dəfə hakim qarşısına çıxacaqlar.
Qeyd edək ki, İstanbul Anadolu Baş Prokurorluğu tərəfindən Dilan və Engin Polat cütlüyünün “cinayət törətmək məqsədi ilə təşkilat qurmaq və idarə etmək”, “mülk dəyərlərini yumaqda”, “Futbol və digər idman yarışlarında mərc oyunları və şans oyunları keçirməkdə” maddələri ilə ittiham olunan hər birinə 20 ildən 40 ilədək müddətə azadlıqdan məhrum edilməsi ilə cəzalandırılması istənilib.
Televiziyadakı moda yarışması proqramı ilə tanınan Nihal və Bahar Candan qardaşları 16 noyabr 2023-cü ildə “çirkli pulların yuyulması” və “cinayət təşkilatına üzv olmaq” ittihamları ilə həbs edilərək həbsxanaya göndərilib. Bahara 14 ildən 44 ilədək, Nihala isə 8 ildən 24 ilədək həbs cəzası istənilib.