Aparıcı Aysel Məmmədova paylaşımı ilə gündəmə gəlib.
OLAY yazır ki, televiziya ulduzu 5 il əvvəl hamilə olarkən keçirdiyi qəzanın videosunu sosial şəbəkə hesabında yayımlayıb.
Görüntülərdə Ayselin avtoservisdə maşınların təmiri üçün olan quyuya düşməsi əks olunub.
“5 il öncə Renat bətnimdə 9 aylıq idi. Yadıma düşdü yenə. Çox şükür qoruyan Allah qoruyur. Ürəyi zəif olanlar baxmasın”, - deyə Aysel bildirib.