Akademik Milli Dram Teatrının (AzDrama) aktyoru Ziya Ağa yeni mövsümə hazırlaşır.
OLAY yazır ki, Ziya tamaşaya qoyulmuş rus pyeslərinin və qısa hekayələrinin yazıçısı Anton Pavloviç Çexovun “Altı saylı palata” əsərində “Cənab X” adlı obrazı canlandıracaq. Bu haqda Z.Ağa özü məlumat verib.
Aktyor bildirib ki, hazırda sözügedən tamaşa üzərində üzərində gərgin məşqlər gedir.
Qeyd edək ki, A.P.Çexovun “6 nömrəli palata” əsəri ictimai-fəlsəfi problemləri iti şəkildə işıqlandıran xarakter daşıyır. Əsər vasitəsilə yazıçı bədii imkanlardan ustalıqla istifadə edərək, cəmiyyəti dağıdan ən əsas qüvvə olan insan şəxsiyyəti üzərində zorakılıq, hörmətsizlik, ona qarşı olan haqsızlıq və bəraət, cəmiyyətdə fərdin haqq-ədalət uğrunda mübarizəsi kimi mühüm problemləri aydınlaşdırmağa çalışır.