WOW
WOW

“Atam lazım olanda çox sərt olur”

“Atam lazım olanda çox sərt olur”

“Valideynlərimizin sayəsində uşaqlığımız çox parlaq, əyləncəli keçib və xatirələrlə doludur. Onlara çox minnətdarıq. Heç vaxt darıxmamışıq. Uşaqlığımızda olduğu kimi, indi də çox sayda dostlarımız var. İnsanlarla ünsiyyəti çox sevirik. Bu çox maraqlıdır. Hələ ki dünyanı kəşf edirik”.

OLAY yazır ki, bu sözləri Xalq artisti və iş adamı Emin Ağalarovun oğlu Əli atası haqda verdiyi qısa müsahibəsində deyib. 

Əli valideyni ilə bağlı fikirlərini belə davam edib:

“Emin Ağalarov çox əla atadır. Lazım olanda o çox sərt olur. Amma deyərdim ki, o çox sərt biri deyil. Onu çox sevirəm. Atamızın sayəsində bizim çox sayda xatirələrimiz var”.

Əlinin qardaşı Mikayıl isə atasının xasiyyətini bu sözlərlə ifadə edib: 

“Atamız bizə çox şeyi öyrədir. Bu isə bizim çox xoşumuza gəlir. O, çox mehriban, zəhmətkeş və hər zaman pozitivdir. Atamızı çox sevirik”.

Əli qardaşı Mikayıl ilə münasibətlərindən də söz açıb:

“Uşaqlıqda biz hər zaman bir yerdə olmuşuq. Tez-tez dalaşıb sonra isə barışırdıq. Biz hər zaman dost kimi yaşayırdıq. Hamının uşaqlıq dava-dalaşları olur. İndi isə biz dalaşmırıq, əksinə mehribanıq”.

Əkiz övladlarının qısa videomüsahibəsini sosial şəbəkə hesabında yayımlayan E.Ağalarov onlarla bağlı istəklərini belə dilə gətirib:

“Uşaqlar uşaqlıqlarından belə danışanda onlara daha çox şey vermək və onlarla daha çox vaxt keçirmək istəyirsən. Axı, həyat çox məşğul və heyrətamizdir, lakin vaxt azdır. Bunu qiymətləndirmək vacibdir”.