WOW
WOW

Aygün Kazımova “Dalğafest”i bağladı

Aygün Kazımova “Dalğafest”i bağladı

Xalq artisti Aygün Kazımova növbəti dəfə sevənləri ilə görüşüb. 

OLAY yazır ki, sənətçi gecədə hit mahnılarını səsləndirib, pərəstişkarları ilə söhbətləşib və onlarla çoxsayda fotolar çəkdirib. 

Repertuarında hit olan “Sevgilim süz” mahnısını ifa edən müğənni “Şərabı su ilə əvəz etmək olar. Sağlam həyata “hə” deyək” sözlərini dilə gətirib. 

“Məni sevdiklərimin, fanatlarımın məhəbbəti xilas edə bilər” söyləyən Kazımova “Hardasan?” adlı nəğməsini  səsləndirib. 

Konsert boyunca məhəbbətdən və eşqdən söz açan Xalq artisti “Sevgi qanadlandırır, uçurdur göyün yeddinci qatına qədər” sözlərini əlavə edib.