Türkiyəli müğənni Haluk Levent sosial şəbəkədən bir müddət uzaqlaşacağını açıqlayıb.
OLAY yazır ki, bu haqda sənətçi “X” hesabında məlumat yayıb.
Buna səbəb Leventin səhhətində yaranan problemdir.
Keçən il qan analizi verib nəticələrini yoxlatdırdığını ifadə edən ifaçı yaşadığı stressə görə şəkərinin yüksəldiyini bildirib:
“Keçən il mayın 24-də xəstəxanada qanımı yoxlatdırmaq üçün analiz verdim. Çünki çoxlu şikayətlərim var idi. Qan şəkərim 341, Hba1c 13.5 idi, çox təəssüf ki, bir ildir ki, dəyərlər çox aşağa düşüb. Həkimlər dedilər ki, idmanla məşğul olsanız və sağlam qidalansanız belə, əgər həyatınızda stress varsa, bu, şəkər xəstəliyinə səbəb olacaq. Bu gün iclas edib qərar qəbul etdik. Mənə bir müddət sosial şəbəkələrdən uzaq qalmağımı söylədilər. Bəli, sosial şəbəkənin məndə stress yaratdığını düşündülər. Onlar düz düşündülər”.