WOW
WOW

Təyyarədə Nigarın çamadanını itirdilər

Təyyarədə Nigarın çamadanını itirdilər

İnfluenser Nigar Fərzəlinin başına iş gəlib.

OLAY yazır ki, bununla bağlı bloger instaqramda paylaşım edib.

Fərzəli bildirib ki, “Anadolu jet” (Ajet) onun çamadanını itirib:

““Ajet”, sən mənim çamadanımı itirdin. Zəng edirik, cavab vermirsiniz və ya telefonu açanda belə bir uçuşun olmadığını  deyirsiniz. Bilet və çamadanın nömrəsini göstərirəm “Heç bir şey edə bilmərik” deyirsiniz. Dava etdikdən sonra söyləyirsiniz ki, araşdırmağa çalışacağıq. Bu necə iş sistemidir? Çamadanımı kimdən və necə istəməliyəm? Bərbadsınız!”

Qeyd edək ki, N.Fərzəli bloger Aynişan Quliyeva ilə Fransaya tətilə yollanıblar. Nigarın çamadanı da yolda itib.