WOW
WOW

“Arvadını boşayan kişilərə pis baxıram” - Əli Mirəliyev

“Arvadını boşayan kişilərə pis baxıram” - Əli Mirəliyev

“Həyat yoldaşımı özüm bəyənib, almışam. Buna söz yox... Bir qələtdir də, onu almışam. Bu kişi aldı sonra isə boşadı - bu kişiyə çox pis baxıram. Necə yəni sevirsən, alırsan sonra isə onu boşayırsan?!”

OLAY yazır ki, bu sözləri müğənni Əli Mirəliyev qonaq olduğu “Nigar xanım” verilişində deyib.

Sənətçi xanımı ilə münasibətlərindən söz açıb:

Xanımım gözəl olmasaydı, onu almazdım. Əgər mənim kimi “konfet” bir kişi onu alıbsa... Özüdə “konfet”... Kişi də özünə “konfet” deyər? Biz evdə “it-pişik” kimi yola gedirik. Xanımımla qapı qonşusu olmuşuq, uşaqlıqdan bir-birimizi tanımışıq. O, mənim 15 yaşımdan yanımdadır. Xanımımdan 5-6 yaş böyüyəm. Cavan olanda qızlar məni çox sevirdi. Hətta iki qız məni o qədər sevirdi ki, özlərini yandırmışdılar. Xanımım məndən ikiəlli yapışdı. O, anamı çox istəyirdi. Ona görə də anam deyirdi ki, mən səni oğluma alacağam. Başqa qız istəmirəm. Əsas odur ki, xanımım əvvəlcə anamın sonra isə mənim sevgimi qazandı. Budur məsələ... O zaman isə mənim 21 yaşım vardı. Əvvəllər də olub ki, həmkarlarım gediblər gənc qızları alıb, sonra isə boşayıblar. Mən o kişi müğənnilərə hər zaman pis baxmışam. Özümə dedim ki, onların səhvini təkrarlamamalıyam. Əgər mən efirdə düzgün danışıramsa, ailənin müqəddəs olduğunu deyirəmsə, özgələri bir yox, hətta dörd arvad alıb, sonra isə boşatdıqlarına görə qınayıramsa... Özü də o “Xalq artisti” fəxri adını daşıyır. Ayıbdır! Olmaz axı... Həmin şəxs dünyasını dəyişib. Misal üçün Əbülfət Əliyev. O arvadından boşandıqdan sonra gedib cavan qızla evlənmişdi. Mən düz sözü ürəyimdə saxlaya bilmirəm. Mən bu həyata kişi gözü ilə baxıram. Düzdür o arvadını boşayıb sonra başqa arvad alan kişilər də öz aləmlərində özünü dırnaq içində kişi sayır. Amma mən onları kişi saymıram. Onlar fikirləşmirlər ki, özlərindən sonra uşaq qoyublar. O uşağın neçə atası olacaq? Uşağın bir anası və bir atası olmalıdır. Mən həyata belə baxıram. Əgər belə deyilsə, demək ki, bu ailə deyil. Uşaqlarım olmasaydı, həyat yoldaşımla çoxdan ayrılmışdım. Bilirsiniz nəyə görə? Çünki o da hirsli, mən də hirsli... Amma o uşaqlar (qızım, oğlum, nəvələrim) bizi elə birləşdirdilər ki, dalaşsaq da, yenə də bir yerdəyik”.