Əməkdar artist Sevda Ələkbərzadə bu gün doğum günü olan Azərbaycanın milli qəhramanı, jurnalist Çingiz Mustafayevin məzarını ziyarət edib.
OLAY yazır ki, sənətçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Ələkbərzadə ziyarət zamanı çəkdiyi görüntüləri izləyiciləri ilə bölüşərək “Qəhramanlar ölmür – Çingiz Mustafayev” qısa şərhini yazıb.
Kadrlarda Ç.Mustafayevin qardaşı Seyfulla Mustafayev də yer alıb.
Qeyd edək ki, bu gün 64 yaşı tamam olan Çingiz Mustafayevin əsasını qoyduğu “215 kl” studiyasında reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin ABŞ və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapmışdır. 1983-cü ildə dünyada ilk dəfə olaraq Azərbaycan dilində “Dünənki keçdi” rep janrlı mahnını səsləndirib. Çingiz Mustafayevin Xocalı soyqırımı haqda çəkdiyi filmi ilə Ermənistanın reputasiyası bütün dünyada ciddi sarsıntıya məruz qalıb. O, 1992-ci ilin iyun ayının 15-də Əsgəran rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olub.