“Mənim telefon nömrələrini yadımda saxlamaq kimi unikal istedadım var. Demək olar ki, mən telefonumdakı nömrə siyahısına baxmıram. Nömrəyə bir dəfə baxdımsa, bəs edir. Mən o nömrəni yaddaşımda saxlayaraq yığıram”.
OLAY yazır ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva aparıcısı olduğu “Söhbət var” verilişində deyib.
Aktrisa bildirib ki, məktəb və universitet illərində zəng etdiyi sinif və qrup yoldaşlarının ev nömrələrini də əzbər bilir:
“Hətta 5-ci və 6-ci sinifdə sinif yoldaşlarımdan hansının ki, ev telefonuna zəng etmişəm o da yadımdadır. Universitet illərində qrup yoldaşımın ev telefonuna zəng etmişdim. Sonradan ondan soruşanda ki, yenə də budur sizin ev telefonunun nömrəsi şoka düşdü. Dedi ki, hə o nömrədir. Bu da bir fitri istedaddır. Hər dahi də nəsə olur da...”