WOW
WOW

Arvadını qucağına alıb yolda rəqs etdi

Arvadını qucağına alıb yolda rəqs etdi

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Elman Zeynalov paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.

OLAY yazır ki, sabah yəni 30 avqust tarixində təqdim edəcəyi “Səhərə kimi” adlı mahnısı üçün sənətçi model həyat yoldaşı Marqarita Tsoy ilə kamera qarşısına keçib. Moskva küçələrində lentə alınan klipdə Zeynalov yolun ortasında əvvəlcə xanımı ilə romantik rəqs edib, daha sonra isə onu qucağına alıb.

Bu anları isə Elman instaqramda paylaşaraq sabah təqdim edəcəyi klipinin anonsunu verib. Sosial şəbəkə əhli isə “ər-arvad”ın bu görüntülərini müsbət dolu şərhlər yazaraq onlara xoşbəxtlik arzulayıblar.

Qeyd edək ki, Elman və Marqarita cütlüyünün 3 yaşlı Mariel adlı qızı və bu ilin ilk ayında dünyaya gələn İordan adlı oğlan övladı var.