WOW
WOW

“Anamın 40-ı çıxmamışdı, səhnəyə çıxdım”

“Anamın 40-ı çıxmamışdı, səhnəyə çıxdım”

“Bu şəhərdə” yumoristik – estrada teatrının Heydər Əliyev Sarayında keçirilən Kəm Ər”  adlı konsertində kövrək anlar yaşanıb.

OLAY yazır ki, sözügedən teatrın üzvləri Əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimov onları valideyinlərinin dünyasını dəyişməsinin “40 günü” çıxmamış verilişlərə və səhnəyə çıxmalarına görə qınayanlara ironiyalı cavab veriblər. 

Rafael “Deyirəm yadına düşür o zaman, atam rəhmətə gedəndə verilişlərin birinə çıxdım. Başladılar haqqımda ağızlarına gələni danışmağa. Dedilər ki, buna bir bax, atasının dünyasını dəyişməsindən heç “40 gün” keçməyib amma verilişə çıxıb. Nə etməli idim? Uşaqlarıma deməli idim ki, gedin 40 gün acından ölün atanız babanız üçün yas saxlayır” sözlərini dilə gətirib.

Coşqun isə Rafaelin bu fikirlərinə “Məndə isə anamın ölümündən “40 gün”ü heç keçməyib, amma səhnədə insanları güldürməyə çalışıram (kövrəlir)”, - deyə qarşılıq verib.

Bundan sonra İsgəndərov “Bəzi nadanlar başa düşmürlər ki, bu bizim işimizdir, bununla çörək qazanırıq, ailə saxlayırıq. Sən təsəvvür et ki, çörək bişirən “40 gün” çörək bişirmir və s..” ifadələri ilə məsələyə münasibətini bildirib.

İkilinin bu çıxışı isə onları seyr etməyə gələn tamaşaçıları göz yaşlarına boğub.

Qeyd edək ki, R.İsgəndərovun atası Çərkəz İsgəndərov 2 il əvvəl xərçəng xəstəliyindən dünyasını dəyişib. C. Rəhimovun isə anası Ağanaz Rəhimova bu ilin fevralında xərçəng xəstəliyindən vəfat edib.