WOW
WOW

Anar “Yeni dalğa”da 3-cü oldu!

Anar “Yeni dalğa”da 3-cü oldu!

Soçidə 20-ci dəfə keçirilən gənc ifaçıların “Yeni dalğa 2024” beynəlxalq musiqi festivalı başa çatıb.

OLAY yazır ki, “Yeni Dalğa 2024”də Azərbaycanı “Bakı Payızı - 2023” milli müsabiqəsinin vokal nominasiyasında qalib olan Anar Ağayev təmsil edib.

İqor Krutoy, Larisa Dolina, Ani Lorak və başqalarının daxil olduğu münsiflər heyətinin səsvermə nəticələrinə əsasən, Azərbaycan təmsilçisi üçüncü yeri tutub.

Üçüncü yer üçün müsabiqə diplomunu A. Ağayevə Rusiyanın Xalq artisti Larisa Dolina təqdim edib və o, bunları vurğulayıb: 

“Çox şadam ki, həmyerlimə - heyrətamiz və peşəkar rəssama diplom təqdim edirəm. Bütün janrları idarə edə bilirsən”.

Müsabiqənin diplomunu alan Azərbaycan təmsilçisi bütün komandaya və jüriyə minnətdarlığını bildirib: 

“Doğma şəhərim Bakını, ölkəmi, vətənim Azərbaycanı layiqincə təmsil edə bildiyimə görə, hədsiz dərəcədə şadam. Təşəkkür edirəm. Yaşasın Azərbaycan!”

Rusiyanın Xalq artisti Oleq Qazmanov A. Ağayevi “Yeni dalğa”da üçüncü yer tutması münasibətilə təbrik edərək bunları deyib: “Çox şadam ki, siz belə yüksək yer tutdunuz. Azərbaycanın böyük sənətkarları Rəşid Behbudov, Müslüm Maqomayev, Polad Bülbüloğlunun  ənənələri var, onların ənənələrini davam etdirirlər. Bu, gözəldir”.