WOW
WOW

Hüseyn Dəryanın oğlu da tələbə oldu

Hüseyn Dəryanın oğlu da tələbə oldu

Mərhum repçi Hüseyn Dəryanın oğlu Cahangir Muradov tələbə adını qazanıb. 

OLAY yazır ki, bu haqda Cahangirin anası Sona instaqram hesabında məlumat yayıb. 

H.Dəryanın xanımı bildirib ki, oğlu universitetlərin birinə qəbul olub. 

Lakin Sona övladının ölkədə və ya ölkə xaricində həmçinin hansı ali təhsil ocağına daxil olması haqda məlumat verməyib.

Qeyd edək ki, Hüseyn Dərya 2014-cü il martın 14-də gecə saat 23 radələrində Bakının Xəzər rayonu ərazisində idarə etdiyi 99 EK 575 dövlət nömrə nişanlı “Opel Astra” markalı minik avtomobilini onunla eyni istiqamətdə hərəkət edən “KamAZ” markalı maşına çırpıb. Nəticədə ağır xəsarətlər alan Hüseyn Dərya 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, lakin martın 15-də səhər saatlarında o, dünyasını dəyişib. Hüseyn Dərya Bakıxanov qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib.