Xalq artisti və iş adamı Emin Ağalarov mərhum SSR-i Xalq artisti Müslüm Maqomayevin xanımı Tamara Sinyavkskaya ilə bir araya gəlib.
OLAY yazır ki, sənətçi bununla bağlı instaqramda paylaşım edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanında iştirak etdiyi xatirə dolu bu görüş Ağalarovun “Sea Breeze”də yerləşən məkanında baş tutub.
Emin T.Sinyavskayanı uşaqlıqdan pərəstiş etdiyi M.Maqomayevin adını verdiyi otaqda qəbul edib.
Diqqət çəkən məqam isə sözügedən otağın hər küncündə əfsanəvi sənətkarın şəkillərinin və oxuduğu əsərlərinin nüsxələrinin olmasıdır.
“Bu otaq əlbəttə ki, Müslüm Maqomayevin həyat yoldaşı Tamara xanımındır. Demək olar ki, mən bu otaqda yaşayıram. Burada həm işləyirəm, həm şam yeməyimi edirəm, bəzəndə hansısa mahnını züm-zümə edirəm. Bütün həyatım bu otaqla bağlıdır. Müslüm müəllim mənə hər şeydə kömək olur. Burada Müslüm Maqomayevin müxtəlif illərdə və vəziyyətlərdə çəkilən fotoları var. Günlərin bir günü cənab prezident İlham Əliyev bu otağa gəlmişdi. O Müslüm Maqomayevlə illər əvvəl çəkilən fotosunu görüb dedi ki, burada mənim 15 yaşım vardı. Heç məndə bu şəkil yoxdur. Bu fotonu mütləq şəkildə mənə göndər. Cavab verdim ki, əlbəttə ki, sizə bu fotonu göndərəcəyəm, cənab İlham Əliyev. Müslüm Maqomayevin bütün həyatı Heydər Əliyev, İlham Əliyev, Sevil xanım Əliyeva və Mehriban xanım Əliyeva ilə bağlıdır. Əlbəttə ki, Leyla xanım, Arzu xanım və Heydər bəylə... Onlar hər zaman buradadırlar. Məsələn: bu fotoda Müslüm Maqomayev öz əlləri ilə Heydər Əliyevin portretini çəkib və özünün ona hədiyyə etməsi əks olunub. Diqqət çəkən məqam isə Müslüm Maqomayov Heydər Əliyevi kostyumda deyil, “polo” köynəkdə çəkməsidir”, - deyə, Emin paylaşdığı videoda vurğulayıb.