WOW
WOW

Meray Kerri ölən bacısı ilə illərlə niyə danışmayıb?

Meray Kerri ölən bacısı ilə illərlə niyə danışmayıb?

Ötən gün dünya pop səhnəsinin əfsanəvi ulduzu Meray Kerrinin anası və bacısı eyni gündə, avqustun 24-də bir-birindən bir neçə saat sonra dünyasını dəyişdiyi məlum olub. 55 yaşlı sənətçi, ailə üzvlərinin ölümü ilə bağlı verdiyi açıqlamada, son bir həftəni 87 yaşlı anası Patrisiya ilə keçirdiyini, lakin ünsiyyətdə olmadığı bacısının adını çəkməyib. 

OLAY yazır ki, 1991-ci ildən HİV-ə yoluxmuş və ömür boyu narkotik asılılığı olan 63 yaşlı Elison Kerri son üç həftə ərzində hospisdə müalicə alıb. Bu barədə onun yaxın dostu və qəyyumu Deyv Beyker “The US Sun”nəşrinə müsahibəsində məlumat verib.

O, qeyd edib ki, bu yaxınlarda onun daxili orqanlarında problemlər yaranıb. Elison həyatının çox hissəsini narkotik asılılığı və HİV virusu diaqnozu ilə yaşayıb. Elison 15 yaşında evi tərk edib və Meray məşhur müğənni olmadan əvvəl Nyu-Yorkda fahişəliyə başlayıb. Elison daha sonra depressiya və travma sonrası stress pozğunluğundan əziyyət çəkməyə başlayıb. Həyatın çətinliklərinə baxmayaraq, o, dörd uşaq dünyaya gətirib, sonradan onlar da onunla ünsiyyəti kəsiblər.

“Daily Mail” nəşrinin məlumatına görə, 2016-cı ildə Elison kömək üçün məşhur bacısına müraciət edib. 

“Meray, mən səni sevirəm, köməyinə çox ehtiyacım var”, - deyə, Elison bacısına səslənib.

O, bacısından maddi dəstək gözləyib. Bir müddət Elison Nyu-Yorkdakı psixiatriya xəstəxanasında müalicələr alıb. 2018-ci ildə Meray və Elisonun böyük qardaşı Morqan bildirib ki, bacısında yaddaş itkisi, qıcolmalar və vaxtaşırı huşunun getməsi olub.

Meray tibbi xərcləri ödəməklə bacısına kömək edə bilərdi, lakin nə qədər qohumları ondan bunu xahiş etsələr də, məşhur onların bu istəklərinə məhəl qoymayıb. 

Elison Kerinin vəziyyəti son illər stabil olub. O, bir neçə beyin əməliyyatı, dalaq əməliyyatı, omba dəyişdirilməsi və uzun müddət reabilitasiya keçirib. O, həmçinin HİV də daxil olmaqla daimi qayğıya və dərmanlara ehtiyac duyub.

Ulduz 2020-ci ildə işıq üzü görən The Meaning of Mariah Carey's Life adlı xatirə kitabında ailəsi ilə münasibətlərinin gərgin olmasından söz açıb. Müğənni Elisonun ona narkotik verdiyini, onu özündən çıxarmağa çalışdığını və üzərinə bir stəkan qaynar çay tökdüyünü bildirib.

“12 yaşım olanda bacım məni Valium ilə narkotik maddə verdi, mənə kokain təklif etdi və məni bir əclafa satmağa çalışdı”, - deyə, Meray vurğulayıb.

Kitabda Keri həmçinin iddia edir ki, qardaşı Morqa bir dəfə 30 min dollara bir adam öldürmək üçün işə götürülüb, lakin sonda o, bunu bacarmayıb.

2021-ci ildə memuar yayımlandıqdan sonra Elison kitabdakı məlumatların onun “böyük emosional sıxıntıya” səbəb olduğunu iddia edərək, Meraydan 1,25 milyon dollar tələb edib. İşin nəticəsi hələ bəlli deyil. Eyni zamanda, Morqan mətbuata açıqlamasında müğənninin xatirələrinin yüksək satış xatirinə bu hekayələri icad etdiyini bildirib.