WOW
WOW

“Mədəkiçiltmə mənlik deyil” - Zülfiyyə Xanbabayeva

“Mədəkiçiltmə mənlik deyil” - Zülfiyyə Xanbabayeva

Xalq artisti Zülfiyyə Xanbabayeva instaqramda izləyicilərin suallarını cavablandırıb.

OLAY yazır ki, arıqlamasını keçirdiyi əməliyyatlarla əlaqələndirənlərə sənətçinin reaksiyası belə olub: 

Düz olmayan söhbətlər, şaiyələr də var idi. Şaiyələr o qədər böyümüşdü ki, yaxınlarım bilirdilər ki, onu (plastik əməliyyatı nəzərdə tutur - red) eləməmişəm, artıq onlar da məndən şübhələnirdilər. Bilirsiniz ki, qadınlar hamısı bir-birini, həkimləri tanıyır. Bakı balaca şəhərdir. Arıqlamağın bir yolu var - ağzını bağlayırsan və bitdi getdi”.

Xanbabayeva mədəkiçiltmə əməliyyatı keçirmədiyini söyləyib: 

Mədəkiçiltmə mənlik deyil. Mən istədiyim zaman yeməliyəm, istədiyim zaman suyu başıma çəkib içməliyəm

Xalq artisti mütəmadi üzgüçülüklə məşğul olduğunu dilə gətirib: 

“Üzürəm. Başqa idman növü ilə məşğul olmuram. Bir neçə dəfə pilatesə getdim. Gördüm ki, mənlik deyil çünki mənim üçün passivdir. Mən daha çox enerji almaq istəyirəm. O enerjini isə sudan alıram”. 

Zülfiyyə sevmədiyi xüsusiyyətinin qərarsızlıq olduğunu bildirib: 

“Sadəcə belə məsələlər var: edim - etməyim, gedim - getməyim. Qaraqabaq və qaşqabaqlı insanları sevmirəm. Mən həyata gözəl, böyük, açıq gözlərlə baxan insanları sevirəm. Kimsə xətrimə dəyirsə tez inciyirəm, özümə qapanıram. Bu xüsusiyyətimi sevmirəm”. 

Müğənni yeni tanışlıqlara açıq olduğunu söyləsə də, bunu yeni dostluqlara aid etməyib: 

“Düşünmürəm ki, bu yaşdan sonra böyük dostluqlar qurum, çünki artıq dostlarım var. Tanışlıqlar ola bilər amma böyük dostluqlar yox”.

“Əgər nə zamansa tamaşaçıların sevgisini hiss etməsəm, vaxtı-vaxtında hər şeyin nöqtəsini qoymağı bacaranlardanam”, - deyə, Xanbabayeva bildirib.