WOW
WOW

Pavel Durov bu cinayətlərdə ittiham olunub

Pavel Durov bu cinayətlərdə ittiham olunub

Avqustun 24-də Parisdə həbs edilən "Telegram"ın qurucusu Pavel Durov əksəriyyəti kibercinayətlər olmaqla 12 cinayətdə ittiham olunub.

OLAY yazır ki, bu barədə Paris prokurorluğunun mətbuat xidməti məlumat yayıb. 

İttihamlara aşağıdakılar daxildir: səlahiyyətli orqanlarla əməkdaşlıqdan imtina, yetkinlik yaşına çatmayanların pornoqrafik şəkillərinin saxlanması və yayılmasında iştirak, narkotik vasitələrin əldə edilməsi, daşınması, saxlanması, satışı və ya ötürülməsində iştirak, mütəşəkkil dəstənin tərkibində dələduzluqda iştirak, məlumatların emalı sistemləri ilə bağlı cinayətlərin iştirakında, çirkli pulların yuyulmasında iştirakda, kriptoqrafiya xidmətlərinin göstərilməsi və digər ittihamlarda. 

Durova qarşı iş Fransada iyulun 8-də açılıb. Onun həbs müddəti avqustun 28-də başa çatır.