WOW
WOW

Şəbnəmlə Xatirənin tərz bənzərliyi

Şəbnəmlə Xatirənin tərz bənzərliyi

Müğənnilər Xatirə İslamla Şəbnəm Tovuzlu eyni vaxtda yeni fotosessiyalarını paylaşıblar. 

OLAY yazır ki, iki ifaçının obrazları arasındakı bənzərlik diqqət çəkib.

Belə ki, X. İslam çəhrayı geyimi ilə kamera qarşısına keçib. Onun paltarı əlcəkləri ilə birləşmiş halda olub. 

Saçlarını arxaya doğru yığan müğənni obrazını böyük parıltılı üzük və sırğalarla tamamlayıb. 

Ş. Tovuzlu da həmkarı ilə eyni üsluba müraciət edib. O, mavi rəngli, əlcəkləri ilə bitişik üst geyimini böyük aksesuarlarla tamamlayıb, yeni uzatdığı saçlarını açıq qoyan Şəbnəm də Xatirə kimi böyük üzük və sırğalar taxıb.

Tovuzlu ötən ay qısasaç olduğu zaman etdirdiyi fotosessiyada da eyni tərzdə olub. 

O mavi, əlcəkləri ilə bitişik olan libasını gözəçarpan zinət əşyalarıyla kombinasiya edib.