WOW
WOW

NTV niyə onların çıxışını yayımlamadı?

NTV niyə onların çıxışını yayımlamadı?

Ötən gün Rusiyanın NTV kanalında Bakıda keçirilən “Dream Fest” beynəlxalq musiqi festivalında yer alan ifaçıların çıxışları yayımlanıb. 

OLAY axşam.az-a istinadən yazır ki, konsertdə diqqət çəkən məqam isə bəzi müğənnilərin çıxışının efirə verilməməsi olub. 

Belə ki, müğənnilər Səmra Rəhimlinin, Mehin Hümbətovanın və Aiselin çıxışı konsertin efir versiyasından kəsilib.

Bunun əsas səbəbi bəlli olmasa da, Mehin açıqlamasında “Bildiyim qədəri ilə NTV-də əsas artistlərin çıxışı yayımlanıb. Bizim də yer aldığımız konsert proqramı “Jara TV”də efirə gedəcək”, - deyə, bildirib.