Müğənni Damla deputatlığa namizəd olan bir şəxsin seçkiqabağı təşviqat kampaniyası ilə əlaqədar Şamaxıda konsert proqramı ilə çıxış edib.
OLAY yazır ki, stadionda baş tutan tədbirə sənətçi əyninə geyindiyi qara kostyumu qırmızı korsetlə kombinləyib.
Damlanın geyimi sosial şəbəkə əhli tərəfindən birmənalı qarşılanmayıb. Kimi bu geyimin müğənniyə yaraşdığını kimi də konsertə uyğun olmadığını yazıblar.
Tədbirdə ifaçıya maraq və tələbin kifayyət qədər yüksək olması Damlanın yayımladığı görüntülərdən aydın sezilib. Beləki mahnısını ifa edərkən onlarla uşaq və gənclər Damlanı əhatəyə alaraq şəkil çəkdirib, yaxından ünsiyyət qurmağa can atıblar.
Müğənni isə onların bu istəyinə nəzakətli davranış göstərib.