WOW
WOW

Sevda ailəsi ilə virusa yoluxub

Sevda ailəsi ilə virusa yoluxub

Müğənni Sevda Yahyayeva ailəsi ilə infeksion və respirator virusa yoluxub.

OLAY yazır ki, bu haqda sənətçinin həyat yoldaşı, həkim – genetik Zakir Bayramov sosial şəbəkə hesabında paylaşdığı videoaçıqlamada deyib.

O bildirib ki, iki qız övladı bu xəstəliyi olduqca ağır keçirirlər:

“Şəhərdə yayılan virusa ailəlikcə bizdə yoluxduq. Bir həftədir ki, bu virusa yoluxmuşuq. Uşaqlarımız bu xəstəliyi ağır keçirdir. Beləki onların qarınları ağrıyır, ürəkləri bulanır, qaytarırlar, hərarətləri yüksəlir. Mən özüm də bu virusu kifayyət qədər ciddi keçirirəm. Amma 3-5 gün ərzində sağalmaq mümkündür. Sadəcə çox sayda dərman qəbul etməyə ehtiyac yoxdur. Çox sayda mayə qəbul etmək yetərlidir”.

Qeyd edək ki, Sevda və Zakir cütlüyünün Ayla və Aida adlı iki qız övladı var.