Tanınmış aparıcı Yelena Sideronkonun evinə oğrular hücum edib.
OLAY yazır ki, bu barədə o, özü məlumat yayıb.
Aparıcı bildirib ki, Bakıda olmadıqları müddətdə bağ evlərindəki təhlükəsizlik kameralarının işləmədiyini görüblər.
Şəhərə qayıtdıqdan sonra Yelenanın həyat yoldaşı bağlarına baş çəkib. Məlum olub ki, naməlum şəxslər işıq sayğacını qırdıqdan sonra evə girib və sərinkeş, kombi kimi əşyaları oğurlayıblar.
Y. Sideronko əlavə edib ki, paylaşımından sonra Daxili İşlər Nazirliyinin mətbuat xidməti onunla əlaqə saxlayıb, məsələnin nəzarətə götürüldüyü bildirilib.