Müğənni Günay İbrahimlinin bacısı İlahəyə ad günündə gözlənilməz sürpriz olunub.
OLAY yazır ki, sənətçinin bacısına sevdiyi Salman Babazadə adlı bəy evlilik təklifi edib.
Bu haqda İlahə sosial şəbəkə hesabında məlumat yayıb.
Salman əlində qızıl üzüklə İlahənin qarşısında diz çökərək ona ərə gəlməsini istəyib.
İ. İbrahimli bu təklidə "Hə" deyə cavab verib.
Həmin anları İlahə sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
OLAY-ın əldə etdiyi məlumata görə, müğənnin bacısının toyu oktyabr ayında olacaq.