62 yaşlı Rusiyanın Əməkdar artisti Qriqori Leps 18 yaşlı sevgilisi Avrora Kiba ilə yenidən gündəmə gəlib.
OLAY yazır ki, cütlük bir gün əvvəl həmkarı Andrey Qubinin yaradıcılıq gecəsinin keçirildiyi “Yeni Dalğa – 2024” beynəlxalq festivalına gəlib.
Jurnalistlər fürsətdən istifadə edərək sənətçiyə şəxsi həyatı ilə bağlı sual ünvanlayıblar. “Qriqori Viktoroviç, toy nə vaxtdır?”, - deyə media nümayyəndələrindən biri sual verib.
Bunu eşidən Qriqoriy əsəbləşərək “Yaxınlarda dəfn olacaq. Çox güman ki, sənin...” və ardından söyüş söyüb. Beləcə müğənni emosiyalarını gizlədə bilməyib. Bu anda isə ətrafdakılar sakitliyə dalaraq, susublar.