WOW
WOW

“Prezident dedi ki, çox razıyam ki, belə konsert oldu”

“Prezident dedi ki, çox razıyam ki, belə konsert oldu”

“Ötən gün qəbul keçirilib. Mən özümdə o qəbulda iştirak etmişəm. Hər iki Prezident (Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev nəzərdə tutur - red.) konsertlə bağlı böyük razılıqlarını bildirdilər”.

OLAY yazır ki, bu sözləri Xalq artisti Polad Bülbüloğlu Özbəkistandan Bakıya uçürkən təyyarədə yerli məşhurlarımızla söhbətində deyib. Sənətkar ötən gün Daşkənddə iki ölkə Azərbaycanın və Özbəkistanın incəsənət nümayəndələrinin iştirakı ilə baş tutan konsertdən söz açıb. 

Müğənni iki ölkənin dövlət başçılarının keçirilən konsertlə bağlı təəssüratlarını bölüşüb:

“Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirib ki, bu konsert bizim dostluğumuzun və qardaşlığımızın bariz nümunəsidir. Bizim üçün ən əsas odur ki, hörmətli Prezidentimiz İlham Əliyevin çox yüksək qiymət verməsidir. O söylədi ki, konsertdə iştirak edən bütün incəsənət nümayəndələri canla-başla çıxış ediblər. Konsertdə özbək tərəfin Azərbaycan mahnılarını ifa etmələri, bizim ifaçıların isə isə özbək mahnılarını oxumaqları qardaşlığımızın göstəricisidir. O söylədi ki, mən çox razıyam ki, belə bir konsert oldu. Mən isə bunu sizə deməyi özümə borc saydım. Hamınıza bir ağsaqqal olaraq böyük təşəkkümü bildirirəm. Mən çoxdan belə konsert görməmişdim. 18 il konsert təşkil etmişəm. Amma dünənki konsert həqiqətən də möhtəşəm oldu. Bizi qəbul edən tərəf də əlindən gələni etdi ki, hamı özünü yaxşı hiss etsin. İki ölkə arasında çox vacib sənədlər imzalandı. Bunun isə çox böyük gələcəyi var. Biznes forumlar və sərgilər keçirildi. İki ölkə - yəni Orta Asiya və Qafqaz arasında əlaqələrin möhkəmlənməsi çox böyük və siyasi məna daşıyır. Biz sənətkarlar da bu işlərə öz töhfəmizi verdik. Sizə can sağlığı və yeni uğurlar arzu edirəm. Biz tez-tez görüşəcəyik”.

Həmin anları isə Əməkdar artist Abbas Bağırov sosial şəbəkə hesabında paylaşıb.