Müğənni Mehin Hümbətova uzun müddətdir aparıcılıq etdiyi “Özəl” verilişindən ayrılıb.
OLAY yazır ki, bu barədə o, özü video paylaşıb. Mehin “Özəl media”nın rəhbəri Kazım Sübhanın da yer aldığı videoda ayrılmaq üçün tort gətirdiyini bildirib.
Lakin K. Sübhan Hümbətovanın komandadan getmədiyini yeni mövsümdə sürpriz qonaqları olacağını söyləyib.
Mehin “Qoymurlar gedim” deyərək zarafat edib.
Lakin Hümbətova prodakşnla yollarını ayırıb.