“Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyeva təsisçisi olduğu “RTV” kanalı ilə bağlı paylaşım edib.
OLAY yazır ki, iş xanımı sosial şəbəkə hesabında tamaşaçılar tərəfindən maraqla izlənilən və az zaman çərçivəsində populyarlıq qazanan kanalın yeni mövsümə hazırlaşdığını bildirib:
“Əziz dostlar, sentyabrdan başlayaraq RTV kanalında yeni sezona start verəcəyik. Sizi çox maraqlı layihələr gözləyir. Hər kəsin maraqla izləyəcəyi verilişlər üzərində gərgin iş başlayıb. Komandanın tərkibində bir xeyli dəyişiklik edirik. Müasir dünyagörüşlü, kreativ ideyalara malik, bacarıqlı və işgüzar komanda ilə böyük uğurlara imza atacağımıza əminəm” – deyə R.Əliyeva vurğulayıb.