WOW
WOW

“Layiqli biri olacaqsa, ərə gedərəm”

“Layiqli biri olacaqsa, ərə gedərəm”

Aparıcı Vüsalə Əlizadə şəxsi həyatından söz açıb.

OLAY yazır ki, bu haqda televiziya ulduzu sosial şəbəkədə izləyicilər tərəfindən ona ünvanlanan suallara cavab verərkən danışıb. Əlizadə “İkinci dəfə ailə qurmaq haqda düşünürsünüz?” sualına belə münasibət bildirib:

“Gözüm yoldadır, qulağım səsdə... Qismət, hələ ki belə qığılcım da yoxdur. Amma layiqli biri olacaqsa niyə də yox. İnşallah deyək”.

Vüsalə kişi izləyicisindən gələn “Sevgi və ya sevgili barədə... Çox maraqlısınız... Hansı var?” sualına “Bu sualı bəylərin yazması... Heç biri yoxdur, heç nə yoxdur. Xalis subayam, rahat olun” cavabını verib.

Aparıcı yenidən ana olmaq məsələsinə isə belə reaksiya verib:

“Xeyr, biz-bizə yetəriz (qızı Diləyi nəzərdə tutur -  red.) Bundan sonra artıq gecdir”.

“Həyatınızda biri olsa qızınız Diləyə bunu necə deyərsiniz?” sualına isə Vüsalə belə reaksiya verib:

“Yoxdur, olsa çəkinmədən deyərəm. Bu gözəl hissdir. Niyə gizlədim? Və olsa o insana hörmətsizlik edib yox saymaram. Düşünürəm ki, normal bir kişi də qəbul etməz var olduğu halda yox sayılmağı”.

Qeyd edək ki, illər əvvəl Vüsalə Əlizadə həmkarı Azər Zahidlə evli olub. Onların bu nikahdan Dilək adlı bir qız övladı var. Vüsalə Azərdən 2013-cü ildə boşanıb.