WOW
WOW

Leyla Turalla fotolarını paylaşıb bunları yazdı

Leyla Turalla fotolarını paylaşıb bunları yazdı

Aparıcı Leyla Quliyeva həmkarı Tural Əsədovla bağlı diqqət çəkən paylaşım edib.

OLAY yazır ki, televiziya ulduzu Tural ilə bərabər çəkilən fotolarını instaqramda paylaşaraq onu doğum günü münasibəti ilə təbrik edib.

““Bu gün sənin ad günündür, ad günündür. Elimizdə toy-düyündür, toy düyündür” mahnısının sədaları altında səni təbrik edirəm, Dostum. Biz qaranlıq səhnələrdə də, küləkli rejimdə də, Xalq artisti Eyyub Yaqubovla, qeyri-ciddi, iddialı, böyüklü, kiçikli, hörmətli və belə - həm dost, həm həmkar, həm sirdaş ola bildik. Bir-birimizin uğurlarına sevinəcək qədər etibarlı (indiki zamanda nadir tapıntıdır), səhvlərimizi üzbəüz deyəcək qədər ürəkli yanaşdıq. Ona görə də hər işin, layihənin axırında deyə-gülə-rəqs edə bildik. Tək bu gün yox, həmişə de, gül, rəqs elə. Uğur qazan! Balaların, xanımın, valideynlərin və dostların (biz) sevinsin, sən də sağlam ol. Çox yaşa! “Portret” formatında veriliş yaşına bir az da yaxınlaşdın, gözün aydın”, - deyə L.Quliyeva yazıb.

Qeyd edək ki, Tural Əsədov “Xəzər” televiziyasında bir neçə mövsum “Səhər mərkəzi” və “Squid game” serialının motivləri əsasında hazırlanan proqramın aparıcı olub. Daha sonra eyni kanalda Tural “Bakı gündəli” verilişini aparıb.