WOW
WOW

“Dəyirman”ın Elmiri ailəsi ilə ABŞ-də

“Dəyirman”ın Elmiri ailəsi ilə ABŞ-də

Keçmiş “Dəyirman” qrupunun üzvü, repçi Elmur Teymur ailəsi ilə birgə ABŞ-nin Böyük Kanyon Milli Parkına səfər edib.

OLAY yazır ki, bununla bağlı Elmir sosial şəbəkə hesabında paylaşım edib.

Arizona ştatının bəzəyi, möhtəşəmliyi və əzəməti ilə görənləri valeh edən, rəsm əsərini xatırladan Kanyondan çəkilən fotoları E.Teymur izləyiciləri ilə bölüşüb.

Şəkillərdə onunla bərabər xanımı və oğlu da yer alıb.

Elmir Kanyonun girişində çəkdirdiyi selfisinə “Bax bu şeytandır! Biz burada çox sayda şəkillər çəkdirmişik. Hamısını səhifəmdə yayımlamaq istəyirəm. Bura inanılmaz  dərəcədə gözəldir” sözlərini yazıb.

Qeyd edək ki, 2018-ci ildə “Greencard” qazanan E.Teymur ailəsi ilə bərabər ABŞ-a köçüb. Onun bir qız və bir oğlan övladı var.