Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı bloger və iş adamı Hüseyn Həsənov vergi borcunu ödəyib.
OLAY yazır ki, bununla bağlı Hüseyn sosial şəbəkə hesabında məlumat yayıb.
Həsənov bildirib ki, Rusiya vergi orqanlarına 300 milyon rubldan çox (təxminən 5,6 milyon manat) pul ödəyib.
Qeyd edək ki, külli miqdarda vergi borcu yarandığı üçün müvafiq orqan H.Həsənovun Moskvadakı lüks mənzilini və avtomobillərini müsadirə etməyə çalışırdı.