“Halal xoşları olsun. Ömürlərinin gənc vaxtlarını avaraçılıq etmədən, başqalarının qızlarına sataşmadan, boş-boş “TikTok”da, “Instagram”da və digər yerlərdə vaxt itirmədən keçirdirlər”.
OLAY yazır ki, bu sözləri aparıcı və prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.
Tolik gənclərə Parisdə keçirilən builki Olimpiada da qalib gələn idmançılarımızdan ibrət götürmələrini məsləhət görüb:
““Olimpiada”da qalib gələn idmançılarımız məşqlərdə tər tökərək bu yerlərə gəlib çıxıblar. Nə məmur, nə də ki iş adamlarının övladlarıdırlar. Demək olar ki, idmançıların əksəriyyəti uşaqlıqdan çətinliklər gördüyü üçün ailələrinin gələcəkdə xoş gün görməsi üçün bu əziyyətə qatlanırlar. Bəziləri deyəcəklər ki, biz bu qədər pul belə qazanırıq, amma onlar ömürlərində bir dəfə bu medalı qazana bilirlər, maksimum iki dəfə, o da hər insana nəsib olmur. Məncə, xalal xoşları olsun və qoy gənclərimiz belə idmançılara baxıb onlardan nümunə götürsünlər”.