Müğənni Nazənin Salayevanın başına iş gəlib.
OLAY yazır ki, sənətçinin 1,1 milyonluq izləyici kütləsi olan rəsmi “Instagram” sosial şəbəkə hesabı oğurlanıb.
Bununla bağlı Nazənin səhifəsində paylaşımlar olub.
Paylaşılan postlarda bu sözlər yazılıb:
“Hər şeyin bir sonu var. Mən oğurlanmış bu “Instagram” hesabı bağlayıram. Və bu səhifə həmişəlik bağlı qalacaq. Mən sənin üzrxahlığını gözləyirəm”.
Növbəti paylaşımda isə “Hamıya salam” sözləri yazılmış donuz şəkili yayımlanıb.
Rəşad Əliyev