WOW
WOW

23 ildən sonra eyni layihədə

23 ildən sonra eyni layihədə

Aktyor Müşviq Şahverdiyev 23 il sonra həmkarı Elməddin Cəfərovla eyni layihədə iştirak edəcək.

OLAY yazır ki, bu haqda sənətçi sosial şəbəkədə məlumat verib.

M.Şahverdiyev E.Cəfərovla qucaqlaşarkən çəkilən fotosunu yayımlayaraq yeni iş birliklərinin anonsunu verib:

“Tezliklə böyük bir yola çıxırıq. Allah hər kəsin işini uğurlu etsin, o cümlədən də bizim. 23 ildən sonra səninlə böyük bir layihədə tərəf müqabili olmaq mənə çox xoşdur. Bilməyənlər bilsin ki, 2001-ci ildə başlayan “Tək səbir” lahiyəsindən sonra Elməddinlə heç bir layihədə çalışmamışıq. Tam 23 il sonra yeni bir layihə ilə qarşınıza gəlirik”.

Rəşad Əliyev