WOW
WOW

“Qayınana gəlini yola verib, onu utandırmalıdır”

“Qayınana gəlini yola verib, onu utandırmalıdır”

Xalq artisti Afaq Bəşirqızı “gəlin - qayınana” münasibətlərindən söz açıb.

OLAY yazır ki, bu haqda sənətkar münsif olduğu “Şən gənc” verilişində danışıb.

A.Bəşirqızı bildirib ki, qayınana gəlini yola verməlidir:

“Qayınana gəlini yola verib, onu utandırmalıdır. Bu hal bir neçə dəfə təkrarlandıqda gəlin biləcək ki, məsafə nədir. Çünki qayınana həm gəlindən yaşlıdır, həm dünya görüşlüdür, həm də qayınana gəlini öz evinə gətirib. Bədənə yad cisim girəndə narahatlıq verir. Yad cismi bədən tez qəbul etmir. Misal üçün iynə udursan, onu əməliyyatla oradan xaric edirlər. Amma gəlin nadürüst çıxanda qayınana ona nə etsin?”.