WOW
WOW

“Dərman almaq üçün qonşumun evində işləyirdim”

“Dərman almaq üçün qonşumun evində işləyirdim”

“90-cı illərdə işləmirdim və oğlum bronxial astmadan əziyyət çəkirdi. Bir dənə dərman var idi. O da Azəbaycanda çox baha qiymətə satılırdı. Az qalmışdım ki, o dərmanı almaq üçün süpürgəçilik edim”.

OLAY yazır ki, bu sözləri Xoşqədəm Hidayətqızı aparıcısı olduğu “Səni axtarıram” verilişində deyib.

O, bildirib ki, uzun müddət işsiz qalıb:

“Qonşunun qapısını döyüb, rica etdim ki, evində təmizlik işçisi olum. Dedim ki, ona verdiyin pulu mənə ver, çatdıra bilmirəm, uşağımın dərmanını almalıyam. O qadın da ailəmi, nəslimi tanıyırdı, təhsilli biri olduğumu da bilirdi. Ağlayıb dedi ki, gəl, evimdə qal, kirayə pulu almayacağam, o pula da uşağının dərmanını al. Mən iki il o xanımın evində kirayədə qaldım. Bu haqda heç bir yerdə açıqlama verməmişəm, çünki özəl məsələdir. O qadın imkanl idi, artıq dünyasını dəyişib. Allah ona rəhmət eləsin”.