WOW
WOW

Günel Mayamiyə köçdü - Video

Günel Mayamiyə köçdü - Video

Azad Azərbaycan Televiziyasının (ATV) keçmiş teleradio aparıcısı Günel Hümbətova qızı Jozefina ilə birlikdə Nyu-Yorkdan Mayamiyə köçüb.

OLAY yazır ki, bununla bağlı Günel sosial şəbəkə hesabında məlumat yayıb.

Yüksəkmərtəbəli binaların birinə köçən Hümbətova eyvanında şəhərə açılan mənzərənin videosunu yayımlaraq bundan xoşbəxt olduğunu yazıb.

“Yeni balkonumuzdan səhər... Artıq mən xoşbəxtəm. Yeni məhəlləmiz. Belə rahatladıcı, gözəl və təhlükəsizdir. İnanmaq olmur ki, bu, hansısa hotelin həyəti deyil, bizim yaşadığımız kompleksin hovuzudur. Mayamidə yaşamaq çox komfortlu və əyləncəli olacaq deyəsən”, - deyə G. Hümbətova yazıb.

Qeyd edək ki, Günel Hümbətova əri Firuz Soliyevlə ötən il boşanıb. Cütlük 2015-ci ildə ailə qurub. Keçmiş aşiqlərin Jozefina adlı bir qızı var.

Rəşad Əliyev