Rus kişi tamaşaçı Yurmalada konsert verən Rusiyalı yumorist və aktyor Maksim Qalkini təhqir edib.
OLAY yazır ki, Maksim tamaşaçılarla söhbəti zamanı ön cərgədə oturan kişi sənətçini “debil” (dəli sözünün ədəbsiz variantı - red.) adlandırıb.
Üstəlik, Maksim adlı bloger bileti xüsusi olaraq Qalkinə bu “mesaj” çatdırmaq üçün aldığını vurğulayıb.
Qalkin kişinin bu təhqirinə və sözlərinə gülərək reaksiya verib. Daha sonra kişi yumoristə qırmızı qərənfil buketi vermək istəsə də, sənətçi bunu qəbul etməyib və yenədə gülməyə başlayıb.
“Təşəkkür edirəm, sizin pulunuz mənim ailəmə xeyir verəcəkdir", - deyə Maksim bildirib.
Qeyd edək ki, 2022-ci ilin payızında Maksim Qalkin “xarici agentlərin” reyestrinə daxil edilib. Rusiya Ukraynaya hücüm edən vaxtı o, xanımı Rusiyalı Xalq artisti Alla Puqaçova və və uşaqları - əkiz Liza və Harri 2022-ci ilin fevralında ölkəsini tərk edib. Hazırda məşhur ailə İsraildə yaşayır. Qalkin ölkəsinin apardığı xüsusi əməliyyata fəal şəkildə qarşı çıxır və Rusiya hakimiyyətinin hərəkətlərini tənqid edir.
Rəşad Əliyev