“Mən Doğuş bəyin yerinə olsaydım, anamı qəbul edərdim? Yox!”.
OLAY yazır ki, bu sözləri Xoşqədəm Hidayətqızı aparıcısı olduğu “Səni axtarıram” verilişində deyib.
Televiziya ulduzu uşaqikən anası tərəfindən atılan həyat yoldaşı, Türkiyəli pop ulduz Doğuşun valideynini bağışlamasına belə münasibət bildirib:
“Dörd yaşımda məni atan, taleyin ümidinə buraxan, mənim üçün savaşmayan ananı əsla qəbul etməzdim. İndi o həyatı yaşayan Doğuş bəyin düşüncələrinə baxın... Bəlkə biz də onların yerində olanda belə düşünərdik”.
Rəşad Əliyev